Azərbaycanın ərazi bütövlüyünü tanıdıq, indi isə... - Paşinyan ELAN ETDİ
    • 18-05-2023, 15:30
    • 468

Azərbaycanın ərazi bütövlüyünü tanıdıq, indi isə... - Paşinyan ELAN ETDİ

“Mayın 14-də Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə mənimlə Azərbaycan Prezidenti arasında görüş oldu. Mayın 14-də biz daha bir addım atdıq və görüşün yekunlarına dair bəyanatda deyildiyi kimi, qeyd etdik ki, Azərbaycan Ermənistanın 29,8 min kvadratkilometr ərazisinin, Ermənistan isə Azərbaycanın 86,9 min kvadrat kilometr ərazisinin ərazi bütövlüyünü tanıyır”. 

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında çıxışı zamanı deyib.

“Qeyd etməliyəm ki, mən bunu Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin yekunlaşdırılması və sərhədlərin delimitasiyası baxımından regionda sabitliyin və sülhün bərqərar olması üçün mühüm addım hesab edirəm. Amma təbii ki, növbəti addım delimitasiya üçün hüquqi qüvvəyə və əhəmiyyətə malik konkret əsasların müəyyən edilməsi və razılaşdırılması olmalıdır”, - o əlavə edib.

Turan