Kılıçdaroğlu seçilsə, Ermənistanla Azərbaycan arasında...
    • 19-05-2023, 12:50
    • 163

Kılıçdaroğlu seçilsə, Ermənistanla Azərbaycan arasında...

Türkiyə Ermənistanla Azərbaycan arasındakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişələri kimi məsələlərdə operativ qərar verməlidir.

News24.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay “Habertürk” telekanalına müsahibəsində deyib.

Fuat Oktay bildirib ki, bu baxımdan hazırkı prezident üsul-idarəsi ölkədə ən effektivdir və müxalifət liderinin seçkilərdə qələbə qazanacağı təqdirdə həmkarlarına vəd etdiyi vitse-prezidentin vəzifələri dövlət idarəetmə sistemində maneələr yaradacaq.

Onun sözlərinə görə, indiki sistemdə dövlət başçısı yekun qərarı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.

Turan