Əsir düşən həkim 7 ildən sonra AZAD EDİLDİ
    • 19-05-2023, 13:23
    • 184

Əsir düşən həkim 7 ildən sonra AZAD EDİLDİ

Qərbi Afrikada terror təşkilatı Əl-Qaidə tərəfindən əsir götürülən 88 yaşlı avstraliyalı həkim 7 ildən sonra azad edilib.

News24.az xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Penny Vonq həkim Kennet Elliottun azadlığa buraxıldığını təsdiqləyib.

Həkimin səhhətinin yaxşı olduğunu qeyd edən Vonq Elliottun ailəsi ilə artıq görüşdüyünü bildirib. Elliottun ailəsi isə açıqlamasında həkimin danışmaq üçün hələ vaxta ehtiyacı olduğunu deyib.

Qeyd edək ki, Elliott və onun həyat yoldaşı 2016-cı ildə Mali və Burkine Faso sərhədində tutulmuşdular. Cütlüyü oğurlayan Əl-Qaidə ilk dəfə olaraq Elliottun həyat yoldaşını sərbəst buraxıb. 

Məlumat üçün bildirək ki, cütlük Burkina Fasoda xəstəxanaya rəhbərlik ediblər.

Aynurə