Rusiya təyyarəsi Gürcüstanda eniş etdi, etirazlar başladı - FOTO
    • 19-05-2023, 14:52
    • 181

Rusiya təyyarəsi Gürcüstanda eniş etdi, etirazlar başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Rusiya və Gürcüstan arasında 2019-cu ildən dayandırılan uçuşlar bərpa olunub.

News24.az xəbər verir ki, Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi Tbilisi hava limanında eniş edib. Rusiya və Gürcüstanın birbaşa uçuşları bərpa etməsi Tbilisidə narazılığına səbəb olub. 

Tbilisinin mərkəzində toplanan etirazçılar polis kordonunu yarmağa və hava limanının binasına soxulmağa cəhd ediblər. 

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında uçuşlar 2019-cu ildən 4 il müddətinə dayandırılıb.

Qumral Əliyeva