Bu gündən Rusiya və Gürcüstan birbaşa uçuşları bərpa edir
    • 19-05-2023, 11:59
    • 165

Bu gündən Rusiya və Gürcüstan birbaşa uçuşları bərpa edir

Bu gündən etibarən Rusiya və Gürcüstan birbaşa uçuşları bərpa edir. 

News24.az
xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

İlk reysin bu gün, mayın 19-da Moskvadan Tbilisiyə uçacağı gözlənilir. Moskvanın Vnukovo hava limanından həyata keçiriləcək reys Rusiyanın “Azimut” aviaşirkəti tərəfindən həyata keçiriləcək. Öz növbəsində “Georgian Airways” mayın 20-dən Moskvaya uçuşların bərpa olunacağını elan edib.

Mayın 18-də Gürcüstanın Mülki Aviasiya Agentliyi Rusiyanın “Red Wings” şirkətinə icazə verib. Sərnişinlərin iki marşruta çıxışı olacaq. Birincisi - Soçidən Tbilisiyə və geriyə, ikincisi - Moskvadan Kutaisiyə və oradan yenidən Moskvaya.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında uçuşlar 2019-cu ildən 4 il müddətinə dayandırılıb.

Turan