"Seçilsəm, o ölkənin lideri ilə də çalışaram" - Ərdoğan
    • 19-05-2023, 14:56
    • 319

"Seçilsəm, o ölkənin lideri ilə də çalışaram" - Ərdoğan

Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi Cümhur İttifaqının namizədi hazırkı prezident Rəcəb Tayyib Ərdoğan “CNN International”-a müsahibə verib.

News24.az xəbər verir ki, jurnalist Becky Andersonun suallarını cavablandıran Ərdoğan bir sıra maraqlı məqamlara diqqət çəkib.

Jurnalist Ərdoğana onun ABŞ prezidenti Co Baydenə işarə edərək “Ərdoğanı devirmək əmrini Bayden verdi” sözlərini xatırladaraq soruşub: “Doğrudan da Baydenin sizi devirmək istədiyinə inanırsınızmı?”. Ərdoğan cavabında deyib: “Birinci turda seçkini bitirmək əvəzinə ikinci tura qalan şəxs necə diktator ola bilər?”.

Andersonun “Seçilsəniz, Bayden rəhbərliyi ilə çalışacaqsınızmı və çalışa biləcəkmisiniz?” sualını cavablandıran Ərdoğan, “Bu haqda heç bir şübhə olmasın. Mən Baydenlə çalışaram. Bayden getsə, onun yerinə gələn hər kəslə çalışaram”, - deyib.

Turan