Qarabağla bağlı üçtərəfli bəyanatların alternativi yoxdur - Lavrov
    • 19-05-2023, 15:04
    • 422

Qarabağla bağlı üçtərəfli bəyanatların alternativi yoxdur - Lavrov

Cənubi Qafqazdakı vəziyyətin nizamlanması üçün Azərbaycan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının alternativi yoxdur. 

News24.az
xəbər verir ki, Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə keçirilən üçtərəfli danışıqlarda deyib.

“Biz bu formatda sonuncu dəfə çoxdan görüşmüşük, bu müddət ərzində bir çox mövzular yetişib və ümid edirəm ki, görüş konstruktiv atmosferdə və Ararat Mirzoyan ilə Ceyhun Bayramov arasında birbaşa dialoq şəraitində keçəcək və əlavə nəticələr əldə etməyə imkan verəcək”, - Lavrov qeyd edib.

Rusiya XİN başçısı üçtərəfli formatda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinin bütün spektrinə baxmağı və Rusiyanın imkanlarını nəzərə almaqla gələcək addımların razılaşdırılmasını təklif edib.

“Liderlərimizin üçtərəfli bəyanatlarında, əslində, davamlı həllərin əldə edilməsi üçün yol xəritəsi var. Biz Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil etdik, hesab edirik ki, liderlərimizin razılaşmalarına alternativ yoxdur. Rusiya regionda sülh və sabitlik istəyir, burada Rusiyanın maraqları birbaşa bağlıdır. Rusiya Federasiyası vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlindən gələni edəcək və ümid edir ki, bu regionda hansısa şəkildə iştirak etməkdə maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar”, - Rusiya XİN rəhbəri əlavə edib.

Lavrov həmçinin Qarabağda və Ermənistanla Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsinin, nəqliyyat kommunikasiya məsələlərinin həllinin, sülh sazişinin mətninin razılaşdırılmasının vacibliyini qeyd edib.

Turan