Xarici işlər nazirləri arasında GÖRÜŞ BAŞLADI
    • 19-05-2023, 17:20
    • 439

Xarici işlər nazirləri arasında GÖRÜŞ BAŞLADI

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında görüş başlayıb.

News24.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra deyib.

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb. Görüşdən sonra tərəflər hansı nəticənin əldə olunduğu ilə bağlı bizə məlumat verəcəklər”, - Lavrov bildirib.