Lavrovun qızı Gürcüstanı tərk etdi
    • 21-05-2023, 14:25
    • 220

Lavrovun qızı Gürcüstanı tərk etdi

Rusiya xarici işlər naziri Sergey Lavrovun qızı Yekaterina Vinokurova və əri toy mərasmində iştirak etmək üçün gəldikləri Gürcüstanı tərk ediblər.

Bu barədə “Mtavari” telekanalı məlumat yayıb.

Məlumata görə, Vinokurova və ərini Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edib.

“Onlar sərhədi keçib və hazırda Səudiyyə Ərəbistanındadır”, - məlumatda qeyd olunub.

“Kvareli Lake Resort” otelində isə Vinokurovun qardaşı arvadı və digər qonaqlar qalıb.

Qeyd edək ki, bir müddət öncə Sergey lavrovun qızı Yekaterina Vinokurova əri Aleksandr Vinokurovun qardaşının toyunda iştirak etmək üçün Gürcüstana gəlmişdi. Lakin gürcülər lavrovun qızının gəlişinə etiraz edərək, onun qaldığı otelin yaxınlığında aksiya keçirmişdilər. /Axar.az/