Lavrovun Nyu-Yorka uçmasını 3 milyon insan izlədi - Rekord qırdı
    • 24-04-2023, 15:13
    • 204

Lavrovun Nyu-Yorka uçmasını 3 milyon insan izlədi - Rekord qırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorka uçması dünyada ən çox izlənən uçuş olub.

News24.az  xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova paylaşım edib.

Lavrovun təyyarəsini eyni zamanda 700 mindən çox insan izləyib.

Həmçinin, bu uçuşa ümumilikdə 3 milyon insan baxıb.

Zaxarova bildirib ki, bu, rekorddur.

Qeyd edək ki, insanlar təyyarələrin uçuşlarını real vaxt rejimində izləməyə imkan verən “Flightradar” onlayn xidmətindən istifadə etməklə həmin uçuşu izləyib./qafqazinfo.az/