5 nəfər imtahandan xaric olundu, yay imtahanlarına da buraxılmayacaq - DİM
    • 21-05-2023, 15:25
    • 262

5 nəfər imtahandan xaric olundu, yay imtahanlarına da buraxılmayacaq - DİM

Bu gün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq. /APA/