Bugünkü qəbul imtahanından 3 nəfər xaric olundu
    • 7-07-2022, 13:38
    • 275

Bugünkü qəbul imtahanından 3 nəfər xaric olundu

İyulun 7-də Dövlət İimtahan Mərkəzi tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

DİM-dən News24.az-a verilən məlumatan görə, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.