Zaporojye AES-də enerji təchizatı dayandırıldı
    • 22-05-2023, 09:20
    • 119

Zaporojye AES-də enerji təchizatı dayandırıldı

Yüksək gərginlikli elektrik xəttinin kəsilməsi nəticəsində Zaporojye AES-in xarici enerji təchizatı dayandırılıb. Stansiyaya elektrik generatorlardan verilir. 

News24.az xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidmətindən məlumat verilib. 

"750 kVt-lıq yüksək gərginlikli xəttin bağlanması nəticəsində "Dnepr" və "Zaporojye" AES-lərdə xarici enerji təchizatı kəsilib. Köməkçi enerji dizel generatorlarından verilir. Xəttin dayanmasının səbəbləri araşdırılır" - deyə məlumatda bildirilib. /TASS/