Ağcaqanadlar niyə bəzi insanları dişləyir? – ARAŞDIRMA
    • 22-05-2023, 13:24
    • 404

Ağcaqanadlar niyə bəzi insanları dişləyir? – ARAŞDIRMA

Ağcaqanadların bəzi insanlara niyə üstünlük verməsi həmişə elm adamlarının araşdırma mövzusudur. 

News24.az azxeber.com-a istinadən xəbər verir ki, yeni bir araşdırma müəyyən insanların niyə ağcaqanad maqniti ola biləcəyini tapıb.

Tədqiqat üçün ABŞ-ın Cons Hopkins Universitetinin komandası hər gecə 200 ac ağcaqanad buraxıb və onların insan dərisini təqlid edərək 35ºC-ə qədər qızdırılan bərabər məsafəli yastıqlara nə qədər tez-tez düşdüyünü müşahidə etmək üçün infraqırmızı hərəkət kameralarından istifadə edib.

Məlumatlara görə, bədən qoxusu ağcaqanadlar üçün CO2-dən daha cəlbedici bir yemdir. Tədqiqatçılar müəyyən ediblər ki, tərli və qoxuyan qoltuqaltılar həmin insanları ağcaqanad maqnitinə çevirə bilir.

Tədqiqatçılar ağcaqanadların üstünlüklərini qeyd ediblər və bədən qoxusunun havadakı komponentlərini müqayisə etmək üçün çadırlardan gecə hava nümunələri toplayıblar.

Müvafiq olaraq, məlum olub ki, hər gecə bəzi insanlar ağcaqanadlara digərlərindən daha çox cəlb olunur. Bundan əlavə, ağcaqanadların dişləmə ehtimalı axşam saat 22:00-da və səhər saat 02:00-da baş verib.