Sülh sazişinin iki maddəsi razılaşdırılıb - Mirzoyan
    • 22-05-2023, 16:18
    • 297

Sülh sazişinin iki maddəsi razılaşdırılıb - Mirzoyan

Ermənistan suverenlik, legitimlik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında kommunikasiyalar açmağa hazırdır. 

News24.az
xəbər veir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyanın Avropa üzrə dövlət naziri Leo Doçerti ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib.

Moskva görüşün nəticələri ilə bağlı sualı cavablandıran nazir bildirib ki, İrəvan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına hazırdır.

Mirzoyan bildirib ki, intensiv görüşlər mərhələsi var - Vaşinqton, Brüssel, Moskva. Onun sözlərinə görə, Amerika paytaxtında müəyyən irəliləyiş var, müqavilənin daha iki maddəsi razılaşdırılıb. “Daha bir neçə məsələdə ümid edirəm və bu, təkcə mənim qiymətləndirməm deyil, razılığa gəlmək şansı var. Amma elə maddələr var ki, orada tərəflərin mövqeləri çox uzaqdır, onlar ən çətin məsələlərə aiddir”, - deyə nazir bildirib.

O, delimitasiya məsələsinin Ermənistan üçün əhəmiyyətini qeyd edib: “Bir çoxlarına görə, tərəflər ünsiyyət məsələsində ən yaxın mövqedədirlər. Bizim mövqeyimiz dəyişməzdir. Biz kommunikasiyaların suverenlik, legitimlik, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmasına hazırıq və maraqlıyıq”.

Turan