Mirzoyan ELAN ETDİ - Razılıq əldə edildi!
    • 19-05-2023, 15:10
    • 264

Mirzoyan ELAN ETDİ - Razılıq əldə edildi!

“Təklif olunan sülh sazişinin bir neçə maddəsi üzrə əldə olunmuş irəliləyişi qeyd etmək istərdim”.

News24.az xəbər verir ki, bunu Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyan bildirib ki, İrəvanla Bakı arasında kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası prosesi üçün anlaşma əldə edilir. O qeyd edib ki, bu, Alma-Ata müqaviləsinə əsaslanan delimitasiya prosesidir.

“Tərəflər bu prosesin parametrlərinin daha da konkretləşdirilməsi üzərində işləməlidir. Ermənistan liderlərin noyabrın 9-da və ondan sonrakı bütün üçtərəfli bəyanatlara sadiq qalır. Konstruktiv işləyəcəyik”, - deyə o bildirib.

Turan