Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək
    • 13-10-2021, 13:12
    • 510

Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək

ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi barədə razılıq əldə edilib.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan keçirdiyi brifinqdə deyib. 

A.Mirzoyan əlavə edib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri planlaşdırılır. Lakin tarix hələ məlum deyil: "Görüşlər planlaşdırılır, ən azından yeni görüşlə bağlı razılıq əldə olunub".