Arıların sancdığı Cəlilabad sakini xəstəxanada öldü
    • 23-05-2023, 02:00
    • 298

Arıların sancdığı Cəlilabad sakini xəstəxanada öldü

Cəlilabad sakinini arı sancıb.

Hadisə rayonun Alar kəndində baş verib.

Adil Rzayev arılara qulluq edərkən, arı təknəsinin üstünə yıxılıb. Bu zaman arılar ona hücum edib.

A.Rzayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinı baxmayaraq, arıçı xəstəxanada dünyasını dəyişib.
İlkin ehtimala görə A.Rzayevin ölümünə səbəb arı sancmasıdır.

Faktla bağlı araşdırma aparılır. /APA/