Azərbaycanda dəhşət: Arılar kişini öldürdü
    • 23-05-2023, 10:28
    • 163

Azərbaycanda dəhşət: Arılar kişini öldürdü

Cəlilabad rayon sakini arıların hücumu nəticəsində ölüb.

News24.az xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb. Belə ki, kənd sakini Adil Rzayev öz arılarına qulluq edən zaman, arı yeşiyinin üzərinə yıxılıb. Bu vaxt arılar ona hücum edərək sancıblar.

O, Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib. Məhz yaşlı kişinin ölümünə səbəb arıların sancması ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.