-
- 23-05-2023, 11:47
- 313
Baxmut ətrafında döyüşlər davam edir
Baxmut şəhəri ətrafında döyüşlər davam edir.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hələ də şəhərdə müəyyən obyektlərə nəzarət edir. Onlar həmçinin şəhərin şimalında və cənubunda dominant yüksəkliklər uğrunda mübarizə aparırlar.
Məlumata görə, ümumilikdə son sutka ərzində cəbhədə tərəflər arasında 30-dan çox qarşıdurma baş verib: “Rusiya ordusunun əsas cəhdləri Kupyansk, Liman, Baxmut, Avdeyevka və Marinsk istiqamətində cəmləşib”.
Xatırladaq ki, ötən ilin yayından bəri iki ölkə arasında Ukraynanın Baxmut şəhəri uğrunda mübarizə gedir. Rus ordusunun Baxmutu tam nəzarətə götürdüyü iddia olunsa da, Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini təkzib edib.
Qumral Əliyeva