Həkim məsləhəti olmadan vitamin qəbul etmək immun sistemini gücləndirmir - Səhiyyə Nazirliyi
    • 1-03-2023, 15:23
    • 364

Həkim məsləhəti olmadan vitamin qəbul etmək immun sistemini gücləndirmir - Səhiyyə Nazirliyi

"Hər hansı analiz olmadan D vitamini yaxud başqa vitaminlər qəbul ediriksə, bu, immun sistemimizi gücləndirməkdən daha çox ona mənfi təsir göstərəcək". 

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib. 

O bildirib ki, vitamin çatışmazlığı bədən üçün nə qədər zərərlidirsə, vitamin çoxluğu da bir o qədər ziyanlıdır: "Həkim müayinəsindən keçmədən və analiz vermədən vitamin qəbulu yolverilməzdir. Əgər biz dərman preparatı qəbul ediriksə, öncəsində mütləq analizlər olmalıdır". 

Həkim qeyd edib ki, immuniteti gücləndirmək üçün ilk növbədə, yuxu rejiminə, ikinci növbədə isə qidalanmaya diqqət etmək lazımdır:

“Nəzərə almaq lazımdır ki, yaxşı qidalanmaq çox yemək deyil, balanslı qidalanmaqdır”.

Qumral Əliyeva