Dünyanın ən varlı adamı bir gündə 11 milyard dollar itirdi
    • 24-05-2023, 16:19
    • 464

Dünyanın ən varlı adamı bir gündə 11 milyard dollar itirdi

Dünyanınən varlı adamı, "Louis Vuitton Moet Hennessy"nin (LVMH) rəhbəri Bernard Arnault bir gündə 11,2 milyard dollar itirib.

News24.az xəbər verir ki, bu barədə "Bloomberg"in yaydığı məlumatda bildirilib.

LVMH səhmləri zəifləyən ABŞ iqtisadiyyatının dəbdəbəli mallara tələbi azaldacağı qorxusu fonunda düşüb.

Bu səbəbdən Arnault bir gündə 11,2 milyard dollar itirib.

Milyarderin hazırki sərvəti 191,6 milyard dollardır./BAKU.WS/