Dünyanın ƏN VARLI adamı dəyişdi - Dəbdəbənin simvolunun İNANILMAZ sərvəti
    • 6-04-2023, 13:48
    • 427

Dünyanın ƏN VARLI adamı dəyişdi - Dəbdəbənin simvolunun İNANILMAZ sərvəti

Dünyanın ən nüfuzlu biznes jurnallarından biri olan Forbes 2023-cü il üçün dünyanın ən varlı adamlarının siyahısını yeniləyib.

News24.az
xəbər verir ki, Louis Vitton, Tag Heuer, Dior kimi bir çox məşhur markaya ev sahibliyi edən lüks istehlak malları şirkəti LVMH-nin rəhbəri Bernard Arnault 211 milyard dollar sərvəti ilə siyahının ilk pilləsində qərarlaşıb.

Ötən il dünya üzrə 2 668 olan milyarderlərin sayının bu il 2 640-a düşdüyü, milyarderlərin əlindəki cəmi aktivlərin isə ötən ilin mart ayı ilə müqayisədə 12,7 trilyon dollardan 12,2 trilyon dollaradək azaldığı bildirilir. Siyahıdakı şəxslərin təxminən yarısının ötən illə müqayisədə sərvət itkisi yaşadığı bildirilib.

Əvvəllər “dünyanın ən varlı adamı” titulunu daşıyan, Tesla, SpaceX və Twitter-ın rəhbəri İlon Mask da var-dövlətini itirənlər arasındadır. Mask ötən il 219 milyard dollar olan sərvətinin bir hissəsini itirib və bu il 180 milyard dollarla siyahıda ikinci yerə düşüb. Siyahının üçüncü pilləsində 140 milyard dollarla Amazon şirkətinin sahibi Ceff Bezos qərarlaşıb. Oracle-ın prezidenti Larri Ellison 107 milyard dollarla dördüncü, Uorren Baffet isə 106 milyard dollar sərvəti ilə beşincidir.

642dfb894e3fe019240ec484.jpg (94 KB)