İlon Mask artıq dünyanın ən varlı adamı DEYİL
    • 8-12-2022, 10:25
    • 354

İlon Mask artıq dünyanın ən varlı adamı DEYİL

“SpaceX”, “Tesla” və “Twitter” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən varlı adamı titulunu itirib.

News24.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Məlumata əsasən, “Louis Vuitton” brendinin baş direktoru Bernard Arnault 185,4 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanı seçilib. 

Bildirilir ki, Maskın bu titulu itirməsinə səbəb Tvitteri almaq üçün 44 milyard dollar pul xərcləməsidir.