Nikolun “Qarabağ Azərbaycandır” deməsinə Rusiyadan REAKSİYA
    • 24-05-2023, 16:22
    • 279

Nikolun “Qarabağ Azərbaycandır” deməsinə Rusiyadan REAKSİYA

Rusiya Ermənistanın baş nazirinin bəyanatını onun 2022-ci il oktyabrın 7-də Praqada Ermənistan, Azərbaycan, Fransa və Aİ liderlərinin iştirakı ilə keçirilən sammit zamanı tutduğu mövqeyin təsdiqi kimi qiymətləndirir. 

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

Zaxarova xatırladıb ki, Praqada 1991-ci il Alma-Ata Bəyannaməsinə istinaddan ibarət birgə bəyanat qəbul edilib, ona əsasən keçmiş sovet respublikaları arasında inzibati sərhədlər dövlətlərarası kimi tanınıb.

“Dəfələrlə qeyd etdiyimiz kimi, Praqa sazişi Bakı və İrəvan arasında danışıqlar prosesini keyfiyyətcə yeni mərhələyə daşıdı”, - Zaxarova bildirib.

O qeyd edib ki, Nikol Paşinyanın son bəyanatları Ermənistanın özündə, Qarabağda qarışıq reaksiyaya səbəb olub. XİN sözçüsü əlavə edib ki, Rusiya nizamlanmada vasitəçidir və bu baxımdan Ermənistanın Qarabağla bağlı dəqiq mövqeyinin olması vacibdir: “Bu, sadəcə olaraq, mövzu deyil, sual deyil, bu, münaqişədir uzun illərdir region ölkələri arasında davam edir. Əlbəttə ki, imzalanmış sənədlər üzərində irəliləmək üçün dövlətin bu məsələdə aydın mövqeyini anlamaq lazımdır”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdıqlarını, bura Qarabağın da daxil olduğunu bəyan etdi.

Turan