Rusiya XİN-in rəsmi nümayəndəsi Bakıya səfər edəcək
    • 20-04-2022, 20:52
    • 651

Rusiya XİN-in rəsmi nümayəndəsi Bakıya səfər edəcək

Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gələcək.

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, Xovayevin əsas vəzifələrindən biri sülh sazişinin hazırlanmasında azərbaycanlı və erməni tərəfdaşlara kömək etməkdir: "Xüsusi nümayəndə artıq bu işə fəal qoşulub, İrəvanda faydalı məsləhətləşmələr aparıb. Onun Bakıya səfəri Rusiya parlamentində razılaşdırılıb".