Bizdəki müharibə deyil, Ukraynadakı müharibədir? - Qaribaşvili
    • 24-05-2023, 16:51
    • 345

Bizdəki müharibə deyil, Ukraynadakı müharibədir? - Qaribaşvili

2008-ci ildə müharibəmiz olmuşdu, Rusiyaya qarşı sanksiya tətbiq edən birini xatırlayın, bizim müharibəmiz müharibə deyil, Ukraynadakı müharibə müharibədir? Məntiq haradadır? 

News24.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qətər İqtisadi Forumunun panel müzakirələrində çıxışı zamanı deyib.

Qaribaşvilinin sözlərinə görə, 2008-ci il müharibəsindən sonra ABŞ və Avropa həmişəki kimi Rusiya ilə iş aparmağa davam ediblər.

“Rusiyaya qarşı ikitərəfli iqtisadi sanksiyalar tətbiq etsək, Gürcüstan iqtisadiyyatı çökəcək, xalqımıza ziyan vuracağıq. Siz yaxşı bilirsiniz, 2008-ci ildə müharibə olmuşdu, müharibə zamanı Rusiyaya qarşı sanksiyalar tətbiq edəni xatırlayırsınızmı? Heç kim. Dünyada heç kim düzgün və ya adekvat cavab vermədi. Onda mənim sualım belədir: məntiq haradadır? Bizim müharibə müharibə deyil, amma Ukraynadakı müharibə müharibədirmi? Deməliyəm ki, 2008-ci ildə Rusiya ilə müharibədən sonra işin əvvəlki qaydada getməsi bizi çox məyus etdi. O dağıdıcı müharibədən sonra ölkəmizin ərazisinin 20%-i hələ də işğal altındadır.

Ona görə də avropalı, amerikalı dostlarıma sualım belədir: əziz dostlar, siz həmişəki kimi Rusiya ilə iş aparmısınız, ona qarşı sanksiyalar tətbiq etməmisiniz. 2022-ci ilə qədər Aİ Rusiyaya 2,3 trilyon dollar ödədi, heç kim Rusiya ilə əməkdaşlığını dayandırmadı, heç nə olmamış kimi. Bu vəziyyətdə bir daha təsdiq etmək istərdim ki, biz Ukraynanı, Ukrayna xalqını dəstəkləyirik. Biz istəyirik ki, bu müharibə mümkün qədər tez bitsin. Biz bütün beynəlxalq platformalarda 500-dən çox qətnaməyə, ərizəyə qoşulmuşuq və beynəlxalq sanksiyalara tam əməl edirik.

İqtisadi sanksiyalara gəlincə, Gürcüstanın Rusiya ilə ticarəti bir milyard dollardan azdır. Müqayisə üçün qeyd edək ki, Aİ bizim bir ildə ticarət etdiyimiz qədər cəmi dörd gündə ticarət edir. Bu gülməlidir. Məntiq yoxdur. Bu, ölkəmizin milli maraqlarına xələl gətirər”, - deyə İrakli Qaribaşvili bildirib.

Turan