-
- 25-05-2023, 09:24
- 209
Qadın 13 il əvvəl tualetə düşən brilyant üzüyünü tapdı
Minnesota ştatında 71 yaşlı Meri Stand 13 il əvvəl təsadüfən tualetə atdığı üzüyü geri qaytara bilib.
News24.az xəbər verir ki, üzük şəhər kanalizasiya qurğularının təmiri zamanı tapılıb.
Meri Standın həyat yoldaşı 2010-cu ildə evliliklərinin 33-cü ildönümü şərəfinə ona brilyant üzük bağışlayıb. Elə həmin il zinət əşyaları itib.
Qadın əllərini yuduqdan sonra unitazın üzərindəki düyməyə basıb. Bu zaman üzük barmağından sürüşərək kanalizasiyaya düşüb.
Merinin əri zinət əşyalarını tapmağa çalışıb. Kömək üçün kommunal xidmətlərə müraciət edib. Lakin üzüyü tapmaq mümkün olmayıb.
10 ildən sonra şəhər xidmətlərinin işçiləri təmizləyici qurğuda avadanlıqları təmir edərkən onların yanındakı palçıqdan bahalı zinət əşyası tapıblar.
Meriya sosial şəbəkələrdə tapıntı barədə məlumat verib, Merinin qızı bundan xəbər tutub. Qadın üzüyü təsvir edib. Üzüklə olan fotoları göstərib və zinət əşyaları ona qaytarılıb.
Üzük 13 il ərzində evdən cəmi 400 metr aralıda olub. /The Washington Post/