Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur - İlham Əliyev
    • 25-05-2023, 17:59
    • 328

Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur - İlham Əliyev

"Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur".

News24.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

“Demək istəyirəm ki, bizim (Ermənistana) belə (ərazi) iddialarımız yoxdur. İstifadə etdiyim “dəhliz” sözünə gəlincə, Şimal-Cənub, eynilə Şərq-Qərb dəhlizinə münasibətdə də bu söz işlədilir. “Dəhliz” adı heç bir halda kiminsə ərazisinə iddia deyil. Bu, beynəlxalq termindir”, - Prezident bildirib.