Ermənistan və Azərbaycan bu məsələdə razılığa gəlib - Paşinyan
    • 25-05-2023, 18:04
    • 272

Ermənistan və Azərbaycan bu məsələdə razılığa gəlib - Paşinyan

Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

“Təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı razılığa gəliblər və bu əsasda biz münasibətlərimizin nizamlanması istiqamətində kifayət qədər yaxşı irəlilədiyimizi deyə bilərik”, - o, qeyd edib.

Turan