Ərdoğan seçicilərinə səsləndi
    • 26-05-2023, 10:46
    • 119

Ərdoğan seçicilərinə səsləndi

"Gəlin Türkiyənin qarşısında yeni bir dövrün qapılarını birlikdə açaq".

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçicilərinə səslənən zaman deyib.

"27 May demokratiyamızın ən ağrılı kəsişmə nöqtələrindən biridir. 29 May İstanbulun fəthi ilə tariximizin ən mühüm zəfərlərindən biridir.
Bu iki günün ortasına təsadüf edən 28 mayı xalq olaraq dərdimizdən dərs aldığımız, qələbələrimizlə fəxr etdiyimiz bir bayrama çevirmək istəyirik.
85 milyon vətəndaşın həyatına töhfə verən xidmətlərimiz və 81 əyalətimizin hər qarışına toxunan işlərimizlə sözümüzün adamı olduğumuzu sübut etdik. İnanırıq ki, mayın 28-də Türk Əsri boyunca bir araya gələrək böyük və güclü Türkiyəyə doğru yolumuza davam edəcəyik. Buradan “öncə ölkəm, millətim” deyən bütün vətəndaşlarıma səslənirəm. Gəlin Türkiyənin qarşısında yeni bir dövrün qapılarını birlikdə açaq".

Qeyd edək ki, prezident seçkilərinin ilk turunda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifət lideri Kılıçdaroğlu  isə 44,88 faiz səs toplayıb.

Seçkinin ikinci turu isə 28 mayda keçiriləcək.

Qumral