Seksual zorakılıq və pedofilliyə qarşı çıxan  təşkilatın rəhbəri özünü öldürdü
    • 24-07-2018, 12:45
    • 931

Seksual zorakılıq və pedofilliyə qarşı çıxan təşkilatın rəhbəri özünü öldürdü

Qadın hüquqlarını qoruyan "Femen" təşkilatının təsisçilərindən biri Oksana Şaçko Parisdə özünü öldürüb.

 News24.az-ın məlumatına görə, bu barədə təşkilatın digər təsisçisi İnna Şevçenko məlumat yayıb.  Oksana Şaçkonun ölüm səbəbi bilinmir.

Femen təşkilatı 2008-ci ildə, Ukraynada yaradılıb. Təşkilatın üzvləri qadın hüquqları uğrunda mübarizə aparır, fahişəlik və seksual zorakılığa qarşı çıxışlar edirlər.

Onlar həmçinin, eynicinslilərin nikahını dəstəkləyən və pedofiliyaya qarşı mübarizə aparan qurum kimi tanınırlar.

İlhamə