Moskvada Azərbaycan və Çeçen ağsaqallarının görüşü keçirilir - FOTO - VİDEO
    • 19-02-2019, 15:53
    • 1 309

Moskvada Azərbaycan və Çeçen ağsaqallarının görüşü keçirilir - FOTO - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və çeçen ağsaqallarının görüşü keçirilir.

Rusiyada yaşayan azərbaycanlı jurnalist Fərid Əkbərovun News24.az-a verdiyi məlumata görə, görüş bu gün “Prezident” oteldə keçirilir. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Çeçenistan lideri Ramzan Kadırovun köməkçisi Adam Dəlimxanov, dünya çempionu Zabit Səmədov da iştirak edir.