Masalləda qəza - 1 ölü, 2 yaralı var
    • 27-05-2023, 11:53
    • 310

Masalləda qəza - 1 ölü, 2 yaralı var

Masallı rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Masallı rayonu Böyük Xocavar kənd sakini, 2002-ci il təvəllüdlü Eynullayev Namiq Natiq oğlu idarə etdiyi “VAZ 217030” markalı avtomobil ilə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində Təzə Alvadı kəndi istiqamətində hərəkətdə olarkən həmin avtomobil yolunda Masallı şəhəri istiqamətində hərəkətdə olan Ağayev Miri Mirqədir oğlunun idarə etdiyi “VAZ 21043” markalı avtomobil ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 21043” markalı avtomobil yolun kənarından axan su kanalına aşıb.

Miri Ağayev hadisə yerində ölüb, həmin avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Masallı rayonu Banbaşı kənd sakini Seyfullayev İlkin Qubad oğlu və “VAZ 217030” markalı avtomobilin sürücüsü Namiq Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.