Masallıda dəhşətli hadisədə ölən Yadigarın FOTOLARI
    • 16-12-2022, 13:00
    • 185

Masallıda dəhşətli hadisədə ölən Yadigarın FOTOLARI

Dekabrın 13-də saat 18 radələrində Masallı rayonunun Banbaşı kəndi ərazisində ağır yol qəzası baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, ağır qəzada vəfat edən Yadigar Cəlilov ailəli və 2 uşaq atası olub, onun övladı hərbi xidmətdə vətənə qulluq edirmiş. Mərhum Y.Cəlilovun fotolarını təqdim edirik.

Qeyd edək ki, hadisə vaxtı Yadigar Cəlilovun idarə etdiyi "VAZ-21011" markalı və Q.Məmmədlinin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə Y.Cəlilov hadisə yerində ölüb, "VAZ 21011" markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha 2 nəfər yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Taleh Bağırov