Qazimiz İsveçrədə gümüş medal qazandı
    • 27-05-2023, 14:52
    • 334

Qazimiz İsveçrədə gümüş medal qazandı

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin tələbəsi, para-atlet, Vətən müharibəsi qazisi Ömər Bozbaxov İsveçrənin Notvil şəhərində keçirilən Qran-Pridə nüvə itələmə yarışında gümüş medal qazanıb.

News24.az xəbər verir ki, Ö.Bozbaxov bu nəticə ilə Fransanın paytaxtı Paris şəhərində iyulda keçiriləcək Atletika üzrə dünya çempionatına lisenziya əldə edib.