-
- 21-02-2020, 21:07
- 2 620
Ağır atletika üzrə Azərbaycan çempionu bəlli oldu
Şüvəlandakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatı davam edir.
News24.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Çempionatda 61 kiloqramadək çəki dərəcəsində kişilərin yarışında toplam 225 kiloqram (100+125) nəticə ilə Tehran Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elşən Məmmədov toplam 200 kiloqram (90+110) nəticə ilə gümüş medal, Mehman Qəzənfərov isə toplam 199 kiloqram (89+110) nəticə ilə bürünc medal qazanıb.