ABŞ-da qətlə yetirilən azərbaycanlının qatili saxlanılıb - FOTO - VİDEO
    • 19-02-2019, 16:52
    • 835

ABŞ-da qətlə yetirilən azərbaycanlının qatili saxlanılıb - FOTO - VİDEO

Yanvarın 15-də Şimali Karolina ştatında yaşayan 29 yaşlı soydaşımız Elçin Xəlilovun Şarlot şəhərində sahibi olduğu telefon mağazasında qətlə yetirən qatil ABŞ polisi tərəfindən saxlanılıb.

News24.az open.az-a istinadən xəbər verir ki, qatil 28 yaşlı Tayron Lamark Miller Texas ştatının Dallas şəhərində həbs edilib.
O, adam öldürmə, təhlükəli silahla qarət etmə və odlu silah gəzdirməklə ittiham olunub və faktla bağlı istintaq başladılıb.
Qeyd edək ki, ABŞ-ın Federal Təhqiqat Bürosu E.Xəlilovun qətlindən sonra Millerin videosunu yayıb və onun həbs olunması üçün məlumat verənlərə 15 min dollar məbləğində mükafat təyin edib. 

Xatırladaq ki, 29 yaşlı Elçin Xəlilov ötən gün mobil telefonların təmiri mağazasında güllələnərək öldürülüb. Qısa müddət ərzində həmvətənlərimiz və digər icma nümayəndələri onun ailəsinə kömək məqsədi ilə pul vəsaiti toplayıb.