-
- 29-05-2023, 00:13
- 862
Səslərin 99,85 faizi sayıldı: SON NƏTİCƏLƏR - YENİLƏNİR
Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, artıq seçki bülletenlərinin 99,85 faizi sayılıb.
Prezidentliyə namizədlərin səsləri:
Rəcəb Tayyib Ərdoğan - 52,16%
Kamal Kılıçdaroğlu - 47,84%
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.
Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.