Dünya bazarlarında neftin bahalaşması davam edir
    • 29-05-2023, 10:23
    • 573

Dünya bazarlarında neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyul müqaviləsinin dəyəri 0,43% artaraq, 1 barelə görə 77,28 dollar təşkil edib.

News24.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,56% artaraq, 73,08 dollara bərabər olub.