-
- 29-05-2023, 14:20
- 387
Kişinyovda imzalana biləcək sənəd yoxdur - Paşinyan
“İyunun 1-də sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmaması müzakirə olunub. Ermənistan tərəfi Vaşinqtonda təqdim olunan sülh sazişi ilə bağlı təkliflərə Azərbaycandan cavab almayıb”.
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz iyunun 1-də Kişinyovda Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Almaniya kanslerinin iştirakı ilə beştərəfli görüşdə imzalana biləcək sülh sazişi layihəsi üzrə razılığa gəlməmişik. Biz hələ Vaşinqtondan əvvəl təqdim etdiyimiz təkliflərlə bağlı Azərbaycanın cavabının almamışıq. Səhv xatırlamıramsa, bu, sülh müqaviləsinin dördüncü paketidir. Dördüncü paketi təqdim etmişik, lakin hazırda bununla bağlı cavab almamışıq. Ona görə də hazırda deyə bilərəm ki, imzalana biləcək razılaşdırılmış sənəd yoxdur”, - deyə baş nazir vurğulayıb.
Akqabay