-
- 26-05-2023, 17:08
- 587
İyunun 1-də sülh müqaviləsi imzalana bilər – Səfir
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər”.
News24.az xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici jurnalistlərə açıqlamasında deyib.
“Ümid edirik ki, iyunun 1-də Kişinyovda, nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu fürsəti qaçırmaq olmaz”, – diplomat vurğulayıb.
Qeyd edək ki, iyunun 1-də keçiriləcək görüşdə Ermənistan və Azərbaycan liderləri Almaniya kansleri, Fransa prezidenti və Avropa Birliyi Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə görüşəcək.