Üçtərəfli İşçi Qrupun növbəti iclası mayda keçiriləcək
    • 17-05-2022, 13:18
    • 327

Üçtərəfli İşçi Qrupun növbəti iclası mayda keçiriləcək

İlkin razılaşmaya əsasən, bu ay Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək.

News24.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildiriblər.

Məlumata görə, bu ilin may ayında Azərbaycan, Ermənistan və Rusiya Baş nazirləri müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun toplantısının keçirilməsinə dair ilkin razılıq əldə edilib.