Teatrın avtobusunun qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
    • 30-05-2023, 18:40
    • 174

Teatrın avtobusunun qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Akademik Rus Dram Teatrının heyətini Şəkiyə aparan avtobusun qəza törətməsi ilə bağlı açıqlama verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib və və nəticədə 2 yan şüşəsi sınıb.

Qeyd edək ki, hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü də hər hanısa bir xəsarət almayıb.

xxx

16:51

Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobus Şəkidə qəzaya düşüb.


News24.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntüləri teatrın aktyoru İbrahim Çingiz instaqram hesabında paylaşıb.

Avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb, pəncərələri qırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.