Şəkidə qəzaya düşən qohumuna köməyə gedən sürücü özü yol qəzasında ÖLDÜ
    • 27-04-2023, 11:03
    • 214

Şəkidə qəzaya düşən qohumuna köməyə gedən sürücü özü yol qəzasında ÖLDÜ

Şəkidə qəzaya düşən yaxın qohumunun köməyinə gedən sürücü özü yol qəzasında ölüb.

News24.az xəbər verir ki, ötən gün axşam saatlarında Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Rayonun Qudula kənd sakini Telman İsaqovun idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili rayonun Çələbixan qəsəbəsi ərazisində idarəetməni itirərək aşıb. Telman İsaqovun qohumu Vüqar Mülayimov yeznəsinin arxasınca qəza baş verən əraziyə gedərkən özü qəzaya düşüb və həyatını itirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, bir nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri ilə əlaqədar araşdırma aparılır.