“Yol xəritəsi” hazırlanıb, Ərdoğan böyük dəyişiklik edəcək
    • 31-05-2023, 11:46
    • 352

“Yol xəritəsi” hazırlanıb, Ərdoğan böyük dəyişiklik edəcək

Bu gün Türkiyə Nazirlər Kabinetinin eyni tərkibdə sonuncu iclası olacaq. Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetini tamamilə yeniləyəcək.

News24.az xəbər verir ki, bu barədə “TGRT Haber” telekanalı məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti artıq ölkə rəhbərliyinin növbəti beş ili üçün “yol xəritəsi” hazırlayıb.

“Prezident Ərdoğanın şənbə günü kabinetin yeni tərkibini açıqlayacağı gözlənilir. Nazirlər Kabinetinin tərkibinin tamamilə dəyişdiriləcəyi ilə bağlı xəbərlər var. Bu gün hazırkı nazirlərin iştirakı ilə kabinetin son iclası olacaq”, - telekanal qeyd edir.

Ərdoğanın sədrliyi ilə toplanacaq Nazirlər Kabinetinin çərşənbə günü işə başlaması planlaşdırılır. İclasın əsas mövzusu iqtisadi məsələlər olacaq.

Akqabay