Ərdoğanın andiçmə tarixi AÇIQLANDI
    • 30-05-2023, 10:58
    • 355

Ərdoğanın andiçmə tarixi AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-də, ya da iyunun 6-da baş tuta bilər. Hər şey ölkədə prezident seçkilərinin ikinci turunun yekun nəticələrinin nə vaxt açıqlanmasından asılıdır.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.

Nəşr yazır ki, Ərdoğanın andiçmə mərasimindən sonra yeni Nazirlər Kabinetinin tərkibi açıqlanacaq.

Prezident və parlament seçkilərinin yekun nəticələrinə gəlincə, onu bu gün Ali Seçki Komissiyası elan edə bilər. 28-ci çağırışın deputatları iyunun 2-də and içəcəklər, bundan sonra Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədlərə baxılması üçün beş günlük proses başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu və milli müdafiə naziri Hulusi Akarın Ərdoğanın yeni kabinetində tutduqları vəzifələrini qoruya biləcəkləri barədə məlumat yayılmışdı.

Akqabay