-
- 24-07-2018, 13:51
- 1 206
"Space TV"-nin əməkdaşı dələduzluq edib - Ölkədən qaçdı - FOTOLAR
"Space TV"-nin əməkdaşı dələduzluqla bağlı axtarışa verilib.
"NEWS24" xəbər verir ki, axtarışa verilən şəxs "Elif media" şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa oğludur. O, bir zamanlar "Xəzər TV"-nin əməkdaşı olub, "Space TV"-də yayımlanan "İşimiz var", indi isə "Yerimdəyəm" və "Praym şok" verilişlərinin layihə rəhbəri idi. 2017-ci ildən etibarən insanlardan dövlət rüsumu adı ilə pul alıb, işə düzəldəcəyini söz verib, lakin sözünə əməl etməyib. 6-7 ay ərzində 500-dən çox adamı aldadıb. Bəzilərindən "Space TV"-yə işə düzəltmək adı ilə pul alıb. Kanalın proqram müdiri olan Tamara xanımla birlikdə iş birliyi qurub və bir çoxlarından işə düzəltmək adı ilə pul alblar, lakin sözlərinə əməl etməyiblər. Zərərçəkənlər pullarını geri istədikdə isə "bu gün, sabah verərəm" deyərək vaxtı uzadıblar. Bundan əlavə, Vüqar Ağayev ayrı-ayrı şəxslərin adına kompüter, telefon kreditə götürüb. Hətta bir zamanlar "Space TV"-də yayımlanan "20lik realiti şou"-nun sponsoru tərəfindən qalibinə veriləcək 2 otaqlı evi satıb. 19.07.2018-ci il tarixində isə ölkəni tərk edərək qaçıb. Onun Gürcüstana qaçdığı ehtimal olunur. Təxmini hesablamalara görə, 500000 AZN-dən çox pul mənimsəyərək qaçıb. Son nəticə olaraq, zərərçəkənlər aidiyyatı polis bölməsinə gedərək şikayət ərizələri yazıblar.
"NEWS24" olaraq, məsələ ilə bağlı telekanalın məsul əməkdaşı ilə əlaqə saxladıq. Əməkdaş faktı təsdiqlədi və Vüqar Ağayevin ölkəni ötən həftə tərk etdiyini vurğuladı.
BAKU.WS