Büdcə vəsaitlərinə nəzarət gücləndirilməlidir - Deputat
    • 31-05-2023, 12:09
    • 251

Büdcə vəsaitlərinə nəzarət gücləndirilməlidir - Deputat

Büdcə vəsaitlərinə nəzarət gücləndirilməlidir.

News24.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, Hesablama Palatası yaradıb hesabatları dinləməklə işimizi bitmiş hesab edirik:

"Amma Milli Məclis büdcəni ciddi icra etməyənlərə nəzarət, eyni zamanda cəza tədbirlərinin görülməsini təmin etməlidir. Büdcədən ayrılmış və istifadə olunmayan vəsaitlər məsələsi həll olunmalıdır. Sosial layihələrə ayrılan pullar bir çox hallarda icra edilmir. Bölüşdürülməmiş xərclər məsələsi də öz həllini tapmalıdır”.

Qüdrət Həsənquliyev bildirib ki, hökumət üzvlərinin burada olmasından istifadə edərək metrodakı sıxlıqla bağlı onları məlumatlandırmaq istəyirəm: "Nəqliyyatda sıxlığın aradan qaldırılması üçün zəruri işlər görülməlidir".