-
- 31-05-2023, 15:16
- 210
“İctimai nəqliyyat bərbad vəziyyətdədir” - Deputat
Deputat Qüdrət Həsənquliyev parlamentdəki çıxışında deyib ki, sosial müdafiəyə ayrılmış pullar xərclənmədiyi halda, ehtiyata buraxılan zabitlər 5-6 il ev növbəsini gözləyir.
Milli Məclisin üzvü deyib: “Hesablama Palatasının rəyindən görünür ki, bir sıra qurumlar ümumiyyətlə, hesabatlarını büdcə sistemi haqqında qanuna zidd olaraq Hesablama Palatasına təqdim etmir. Onların siyahısı rəydə öz əksini tapıb. Bu, nə özbaşınalıqdır? Niyə onlar barəsində ölçü götürülmür? Bundan başqa bölüşdürülməmiş büdcə xərclərinin 12,8 faizini təşkil etməsi də ciddi narazılıq doğurur. Qabaqcıl təcrübədə bu 3-6 faiz təşkil edir. Subsidiyalar əvəzsiz olaraq müəyyən xərclərin qarşılanması üçün ödənilir. Amma, 2022-ci ildə “AZAL”a verilən 63,1 milyon manatlıq subsidiyanın 26,4 milyon manatı şirkətin hesabında saxlanılır. Bu, dövlət vəsaiti ilə dost tutmaqdır, proteksionizmdir, yoxsa nədir? Xidmət haqqının çox yüksək olduğu, monopolist şirkətə niyə subsidiya verilməlidir ki, o da bu vəsaitləri hesabında saxlasın? Dövlət satınalmaları və sifarişləri zamanı tenderlərin şəffaf keçirilməməsi ictimaiyyətin haqlı narazılığına səbəb olur və bu bizi narahat etməlidir”.
Deputat hökumət üzvlərinin də iştirak etdiyi icladda ictimai nəqliyyatın problemlərindən də bəhs edib: “Hökumət üzvlərinin Bakı metrosundakı sıxlıqdan, insanlarımızın necə əziyyət çəkməsindən yəqin ki, xəbəri var. Prezident 2011-ci ildə Metronun inkişafına dair dövlət proqramı qəbul edib. 2011-ci ildən keçən müddət ərzində cəmi 2 yeni stansiya istifadəyə verilib. Halbuki metronun konseptual inkişaf sxeminə görə, xətlərin sayının 5-ə, stansiyaların sayının isə 26-dan 70-ə çatdırıması nəzərdə tutulur. 12 il ərzində, 2016-2021-ci illərdə cəmi 2 stansiya istifadəyə verməklə biz qarşıya qoyulan məqsədə neçə ilə çata bilərik? İctimai nəqliyyat bərbad vəziyyətdədir”.